Zaqatalada evdən 15 min manatlıq qızıl oğurlanıb

Zaqatalada evdən 15 min manatlıq qızıl oğurlanıb
# 07 yanvar 2022 13:50 (UTC +04:00)

Zaqatala rayonunda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş T.Babayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 3-cü Tala kəndindəki evlərin birindən 500 manat pul, 1200 ABŞ dolları və 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR