Zaqatalada fərdi yaşayış evi yanıb

Zaqatalada fərdi yaşayış evi yanıb
# 02 yanvar 2022 14:00 (UTC +04:00)

Zaqatala rayonunda fərdi yaşayış evi yanıb.

Yanğın hadisəsi bu gün günorta saat 13 radələrində rayonun Çüdülübinə kəndində kənd sakini Qüdrət Mürsəl oğlu İsmayılova məxsus, ümumi sahəsi 90 kv/m olan birmərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR