Zaqatalada fındıq bağında baş verən qətlin təfərrüatları bilinib - YENİLƏNİB

Zaqatalada fındıq bağında baş verən qətlin təfərrüatları bilinib - YENİLƏNİB
# 04 noyabr 2022 20:54 (UTC +04:00)

Zaqatala rayonunda törədilən qətlin bəzi təfərrüatları məlum olub.

APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata əsasən, hadisə bu gün saat 15 radələrində rayonun Fındıqlı kəndində, kənd sakini 70 yaşlı Qriqoriy Burqandinovun ailəsinə məxsus fındıq bağında baş verib.

Qətlə yetrilən 52 yaşlı Elxan Xəlilov isə Zaqatala şəhər sakinidir.

Elxan Xəlilov Qriqoriy Burqandinovun fındıq bağının yaxınlığında olan başqa bir bağda gözətçi işləyirmiş.

***

Saat 18:51

Zaqatala rayonunda qətl törədilib.

Zaqatala rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, noyabrın 4-də Zaqatala rayonunun Fındıqlı kəndi ərazisində 1970-ci il təvəllüdlü Elxan Xəlilovun öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1952-ci il təvəllüdlü Qriqoriy Burqandinovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı spirtli içki şüşəsi ilə baş nahiyəsinə xəsarət yetirərək Elxan Xəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qriqoriy Burqandinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR