Zaqatalada güclü külək və leysan yağışı fəsadlar törədib - FOTO - VİDEO

Zaqatalada güclü külək və leysan yağışı fəsadlar törədib - FOTO  - VİDEO
# 09 iyun 2022 19:34 (UTC +04:00)

Zaqatalada güclü külək və leysan yağışı bir sıra fəsadlar törədib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə axşam saat 18:00 radələrindən başlayaraq ölkənin şimal-qərb rayonları Balakən və Zaqatalada qeyri sabit hava şəraiti hökm sürüb, güclü küləklə müşahidə edilən qısa müddətli leysan yağışı yağıb. Güclü küləklə müşahidə olunan qeyri-sabit hava şəraiti daha çox Zaqatalada özünü göstərib. Güclü külək Zaqatala şəhəri Qala düz adlanan yaşayış massivində beş mərtəbəli binanın dam örtüyünün çox hissəsini aparıb.

Rayonun Aşağı Tala və Muxax kəndləri ərazisində irigövdəli ağac yıxılaraq yolu bağlayıb. Bir sıra ərazilərdə elektrik naqilləri qırılıb. Çaylarda suyun səviyyəsi qismən artıb. Hazırda aidiyyəti qurumlar fəsadlar baş verən ərazidə iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR