Zaqatalada iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb - FOTO

Zaqatalada iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb - FOTO
# 20 sentyabr 2022 21:01 (UTC +04:00)

Zaqatalada iki avtomobil toqquşub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

Rayonun Əliabad qəsəbə sakini Murad Balayevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə, Balakən rayonu Katex kənd sakini Rəcəb Dərvişovun idarə etdiyi “Nissan” markalı minik maşını toqquşub. Qəza zamanı “Nissan”ın sürücüsü R. Dərvişov və "Mercedes"də olan iki nəfər sərnişin - Zaqatalanın Əliabad qəsəbə sakinləri Amin Balayev və Nazi Balayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Zaqatala rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

R. Dərvişov xəstəxanaya yerləşdirilib, digərlərinin xəsarətləri yüngül olduğundan onlara yardım edildikdən sonra evə buraxılıblar.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR