Zaqatalada internat məktəbində yanğın olub

Zaqatalada internat məktəbində yanğın olub
# 21 iyul 2022 20:45 (UTC +04:00)

Zaqatalada məktəbin həyətində yanğın olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün Zaqatala şəhəri, Saleh Qocayev küçəsində yerləşən internat məktəbinin həyətində yanğın baş verib.

Yanğın baş verən əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində məktəbin həyətində 100 kv/m-lik ərazidə quru ot və kol-kos yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR