Zaqatalada itkin düşmüş hindistanlının ailəsi 40 min manat mükafat təyin edib

Zaqatalada itkin düşmüş hindistanlının ailəsi 40 min manat mükafat təyin edib
# 03 noyabr 2022 10:54 (UTC +04:00)

Bu il may ayında Zaqatala rayonunda itkin düşən Hindistan vətəndaşı Manikanth Kondaveeti ilə bağlı mükafat elan edilib.

Bu barədə APA-ya Hindistan səfirliyindən bildirilib.

Məlumatda itkin düşən şəxsin qardaşı Dharan Kondaveeti tərəfindən onunla sonuncu dəfə mayın 12-də əlaqə saxladıqları qeyd olunub. Daha sonra o, tək halda meşə sahəsinə yollanıb və bir daha heç kim ondan məlumat ala bilməyib.

Bildirilib ki, polisin və könüllülərin dəstəyi ilə çox cəhd göstərilsə də, onunla bağlı heç bir məlumat əldə etmək mümkün olmayıb.

Hindistan vətəndaşı Manikanth Kondaveeti tapan şəxsə 40 000 manat pul mükafatı veriləcəyi vəd olunub.

Qaydalar və şərtlər aşağıdakı kimidir:

“1) Bu mükafat yekun məbləğdir və onu ən qısa zamanda tapan şəxslər arasında bərabər qaydada bölünəcək.

2) İtkin düşən şəxsin yeri ilə bağlı yalan məlumat verən şəxslər haqqında hüquqi prosedur tətbiq ediləcək.

3) Biz heç bir şəxsi hər hansı ciddi xəsarət və ya ölümlə nəticələnən riskləri öhdəliyinə götürməyə sövq etmirik və buna görə də məsuliyyət daşımırıq.

4) Pul mükafatı ancaq itkin düşən şəxs sağ-salamat tapıldığı halda veriləcək.

5) İtkin düşən şəxsin harada olması barədə hər hansı məlumat verən hər kəs ədalətli şəkildə mükafatlandırılacaq.

6) Biz, bu şərtləri pozan hər kəsə mükafat verməkdən imtina etmək hüququnu özümüzdə saxlayırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR