Zaqatalada keçmiş məhkum 42 yaşlı kişini qətlə yetirib - YENİLƏNİB

Zaqatalada keçmiş məhkum 42 yaşlı kişini qətlə yetirib - YENİLƏNİB
# 16 avqust 2019 11:33 (UTC +04:00)

Zaqatalada baş verən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, faktla bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Məlumata görə, Telman Hacıyev Kərim Kərimov tərəfindən döyülərək öldürülüb.

***

15 avqust, saat 09:28

Zaqatalada keçmiş məhkum 42 yaşlı kişini qətlə yetirib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə avqustun 14-dən 15-ə keçən gecə rayonun Kəpənəkçi kənd inzibati ərazisində baş verib. Belə ki, rayonun Qandax kənd sakini, 1982-ci il təvəllüdlü Kərim Bəhram oğlu Kərimovla rayonun Kəpənəkçi kənd sakini Telman Hacı oğlu Hacıyev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı K. Kərimov T. Hacıyevin baş nahiyəsinə vurub. T. Hacıyev aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisəni törətməkdə şübhəli sayılan K. Kərimov saxlanılıb. Məlumatda bildirilir ki, K. Kərimov əvvəllər Rusiya Fedarasiyasında cinayət törətdiyinə görə məhkum edilib.

Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Zaqatala rayon şöbəsinə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR