Zaqatalada leysan yağışları və güclü külək fəsadlar törədib - VİDEO

Zaqatalada leysan yağışları və güclü külək fəsadlar törədib - VİDEO
# 29 iyun 2022 10:04 (UTC +04:00)

Zaqatalada leysan yağışları və güclü külək bir sıra fəsadlar törədib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, iyunun 28-dən 29-a keçən gecə saatlarından başlayaraq rayon ərazisində hava şəraiti kəskin dəyişib. Rayonda güclü küləklə müşahidə olunan leysan yağışları yağıb. Dağlara yağan leysan yağışları nəticəsində rayon ərazisindən keçən dağ çaylarında suyun səviyyəsi kəskin artıb. Rayonun Muxax kəndi ərazisində güclü külək səbəbindən 40-dan çox iri gövdəli ağac aşıb. Kəndin bəzi ərazilərində aşan ağaclar elektrik xətlərini və telefon naqillərini qırıb. Hazırda Muxax kəndinə və bəzi ərazilərə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Dağlara yağan leysan yağışları səbəbindən dağ ətəyində yerləşən 15 evin həyətyanə sahəsinə yağış suları dolub. Həyatyanı sahələrdə əkilmiş kənd təssərrüfatı məhsullarına ziyan dəyib.

Hazırda aidiyyəti qrumlar dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR