Zaqatalada məsciddə imamın vəziyyəti pisləşib, xəstəxanada vəfat edib

Zaqatalada məsciddə imamın vəziyyəti pisləşib, xəstəxanada vəfat edib
# 03 fevral 2023 16:25 (UTC +04:00)

Zaqatalada məscidin imamı qəfil dünyasını dəyişib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta namazından sonra rayonun Muğanlı kənd məscidinin imamı, 1980-ci il təvəllüdlü Muğanlı kənd sakini Elşən Mövlud oğlu Musayev yaxınlarının köməkliyi ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibbi yardıma baxmayaraq, Elşən Musayevi xilas etmək mümkün olmayıb.

Onun ürək tutmasından keçindiyi bildirilir.

Qeyd edək ki, Elşən Musayev dini təhsilini Özbəkistan Respublikasının Buxara şəhərində alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR