Zaqatalada məişət tullantılarını kənara atanlar cərimələnib

Zaqatalada məişət tullantılarını kənara atanlar cərimələnib
# 23 yanvar 2022 11:21 (UTC +04:00)

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məişət tullantılarının urnalardan kənara atılmasının qarşısının alınması məqsədilə şəhər ərazisində reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı bəzi şəxslər tərəfindən ətraf mühitin çirkləndirilməsi halları aşkarlanıb. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunaraq hər biri 50 manat məbləğində cərimələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR