Zaqatalada minik avtomobili körpüdən aşıb, xəsarət alan var

Zaqatalada minik avtomobili körpüdən aşıb, xəsarət alan var
# 10 noyabr 2022 00:06 (UTC +04:00)

Minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq çayın üzərindəki körpüdən yolun kənarına düşüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə saat 22:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı avtomobildə olan sərnişin, 1992-ci il təvəllüdlü Tərtər rayon sakini Tehran Vüqar oğlu Zülfüqarlı qaş nahiyəsinin açıq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Hazırda T. Zülfüqarlının müayinəsi və müalicəsi Zaqatala RMX-da davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR