Zaqatalada minik avtomobili yanıb

Zaqatalada minik avtomobili yanıb
# 12 noyabr 2022 08:10 (UTC +04:00)

Ötən gün saat 22 radələrində Zaqatala rayonunun Dağlı kəndində, kənd sakini Şahin Muradovun yaşadığı evin həyətində park edilmiş və onun özünə məxsus “VAZ-2112” markalı minik avtomobilində yanğın baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tam yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR