Zaqatalada motosiklet yük maşınına çırpılıb, 2 nəfər xəsarət alıb

Zaqatalada motosiklet yük maşınına çırpılıb, 2 nəfər xəsarət alıb
# 12 may 2022 15:47 (UTC +04:00)

Zaqatalada yol qəzası baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib.

Zaqatala şəhər sakini, 1998-ci il təvəllüdlü Anar Araz oğlu Musayevin idarə etdiyi motosiklet Yuxarı Tala kənd sakini İsmayıl Nəcməddin oğlu Ağayevin idarə etdiyi “Ford” markalı yük maşınına arxadan çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Anar Musayev və İsmayıl Ağayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

İsmayıl Ağayevin xəsarəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Anar Musayev əməliyyata götürülüb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR