Zaqatalada yanğın zamanı nənə və nəvə xəsarət alıb - VİDEO

Zaqatalada yanğın zamanı nənə və nəvə xəsarət alıb - VİDEO
# 14 noyabr 2022 08:15 (UTC +04:00)

Zaqatalada fərdi yaşayış evində yanğın olub, evdə kirayədə yaşayan nənə və körpə nəvəsi yanıq xəsarətləri alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın hadisəsi gecə saat 01:20-də Zaqatala şəhəri, Qarabağ küçəsində Reyhan Davud qızı İsmayılova məxsus, ümumi sahəsi 40 kv/m olan, üç otaqdan ibarət fərdi yaşayış evində baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin 18 kv/m-lik sahəsinin yanar konstruksiyaları və həmin hissədə olan ev əşyaları yanıb.

Yanğın zamanı evdə kirayədə yaşayan rayon sakini, 1980-cı il təvəllüdlü Elnarə Məhəmməd qızı Qurbanova və onun körpə nəvəsi 2021-ci il təvəllüdlü Elay Famid qızı Dəmirova müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. E. Qurbanova və nəvəsi E. Dəmirova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara üzün, boyunun və yuxarı ətrafların 2-ci dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, müalicələri xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR