Zaqatalada zəncirvari yol qəzası olub, xəsarət alan var - FOTO

Zaqatalada zəncirvari yol qəzası olub, xəsarət alan var - FOTO
# 23 yanvar 2023 08:14 (UTC +04:00)

Zaqatalada 3 avtomobilin iştirakı ilə qəza baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə yanvarın 22-dən 23-ə keçən gecə Zaqatala şəhərinin H. Əliyev prospektində qeydə alınıb.

Qəza zamanı “VAZ-2121” (Niva) markalı 99 FF 701, “Hyundai” markalı 99 HU 939 və “BMW” markalı 99 LT 043 dövlət nömrə nişanlı minik avtomobilləri toqquşub. Qəzadan sonra “Niva” idarəetmədən çıxaraq aşıb. 1987-ci il təvəllüdlü sürücü Azad Azad oğlu Osmanov sükan arxasında sıxılmış vəziyyətdə qalıb. O, Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə həkim briqadasına təhvil verilib. A.Osmanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR