Zəngilanda 1 tondan artıq narkotik bitkilər aşkarlanıb - VİDEO

Zəngilanda 1 tondan artıq narkotik bitkilər aşkarlanıb  - VİDEO
# 04 iyul 2022 13:31 (UTC +04:00)

Zəngilan Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əmakdaşlarının birgə keçirdikləri profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib. Məlumata görə, tədbir zamanı rayonun Bürünlü kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 1 tondan artıq olan 1713 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR