Zərdabda 3 otaqlı ev yanıb

Zərdabda 3 otaqlı ev yanıb
# 09 iyun 2022 09:27 (UTC +04:00)

Zərdabda evdə yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdab rayonunun Çallı kəndində ümumi sahəsi 190 m² olan kürsülü, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR