Zərdabda 5 kiloqramdan artıq marixuana dövriyyədən çıxarılıb

Zərdabda 5 kiloqramdan artıq marixuana dövriyyədən çıxarılıb
# 15 noyabr 2019 16:11 (UTC +04:00)

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz saxlanması ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sarıqaya kənd sakini Mehman Şükürovun evinin həyətindən 4 kiloqram 785 qram və Məlikli kənd sakini Səbuhi Qədirovun evindən isə 481 qram marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Zərdab Rayon Polis Şöbəsinin araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR