Zərdab sakinindən 1 kq-dan çox marixuana götürülüb

Zərdab sakinindən 1 kq-dan çox marixuana götürülüb
# 13 noyabr 2019 13:21 (UTC +04:00)

Zərdabda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə ilə tutulmuş M.İsmayılzadənin Məlikli kəndindəki evindən əlavə olaraq 420 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə M.İsmayılzadəyə narkotik vasitəni satmaqda şübhəli bilinən Məlikli kənd sakini S.Qurbanov da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

S.Qurbanovun evindən isə 1 kiloqram 234 qram marixuana aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR