Zərdabda qaz xətti keçən ərazini yandıran şəxs saxlanılıb

Zərdabda qaz xətti keçən ərazini yandıran şəxs saxlanılıb
# 20 yanvar 2023 20:11 (UTC +04:00)

Bu gün sosial şəbəkələrdə bir nəfərin qaz xətti keçən kolluq ərazini qəsdən yandırmasını əks etdirən görüntülər paylaşılıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırmalarla görüntüdə əks olunan hadisənin Zərdab rayonu ərazisində törədildiyi müəyyən edilib.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-texniki tədbirlərlə qaz xətti keçən kolluq ərazini yandıranın rayonun Şahhüseynli kənd sakini, 23 yaşlı Emil Rəşidov olduğu müəyyən edilərək saxlanılıb.

Hazırda araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR