Ziya Bünyadov prospektində iki "Opel" toqquşub, bir sürücü xəsarət alıb - FOTO - VİDEO

Ziya Bünyadov prospektində iki "Opel" toqquşub, bir sürücü xəsarət alıb - FOTO - VİDEO
# 20 sentyabr 2019 02:51 (UTC +04:00)

Bakının Nərimanov rayonunda iki eyni markalı avtomobil toqquşub.

APA xəbər verir ki, Samir Əliyevin idarə etdiyi "Opel" markalı avtomobildə nasazlıq yaranıb. Sürücü məcburən avtomobili yolun sağ hərəkət zolağında saxlayıb.

Bu zaman arxadan gələn və Müşfiq Əliyevin sürücüsü olduğu digər "Opel" ona çırpılıb. Zərbənin gücündən çırpılan avtomobil səkiyə dəyib. Sonuncu "Opel"in sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR