Zümrüd Yağmur və Fuad Qəhrəmanlının boşanması ilə bağlı məhkəmə təxirə düşüb

Zümrüd Yağmur və Fuad Qəhrəmanlının boşanması ilə bağlı məhkəmə təxirə düşüb
  • Clock-gray 18:20
  • calendar-gray 17 Oktyabr 2019

Bu gün Abşeron rayon Məhkəməsində yazar Zümrüd Yağmurun AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlıdan boşanması ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə təxirə salınıb.

APA-nın məlumatına görə, hakim Elman Məmmədovun icraatında olan prosesə tərəflər qatılmayıb. Bu səbəbdən də məhkəmə oktyabrın 24-nə təxirə salınıb.

Qeyd edək ki, Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd İsrafil qızı Qəhrəmanlı (Zümrüd Yağmur) nikahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon Məhkəməsinə iddia qaldırıb.
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date