Bakıya aylıq normadan çox yağıntı düşüb

Bakıya aylıq normadan çox yağıntı düşüb
# 02 aprel 2023 13:26 (UTC +04:00)

Yağıntıların qeyri bərabər paylanması uzun çəkən azyağıntılı dövrdən sonra, yağıntının bir gündə aylıq normanı üstələməsi halları, son illərin səciyyəvi tendensiyasına çevrilir.

APA-nın xəbərinə görə, Milli Hidrometeorologiya Xidmətinin rəisi Rafiq Verdiyev bildirib ki, aprel ayının iki günü tamamlanmamış, artıq Abşeron yarımadasında intensiv yağıntı aylıq normanı aşıb, toplam 36 mm-lik miqdarla aylıq norma 152 faizə çatıb.

Bu da son 21 il ərzində ən yüksək göstəricidir: "Son dəfə 2013-cü il aprelin 24-də Bakıda 26 mm yağıntı düşmüşdü ki, bu da aylıq normanın 113%-ni təşkil etmişdi".

Xidmət rəisinin sözlərinə görə, regionlarda müşahidə olunan yağıntılı hava isə çayların sululuğuna müsbət təsir göstərib və bu cür halların təkrarlanması, çoxalması iqlim dəyişmələrinin fəsadlarından xəbər verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR