Bakıda və Abşeronda külək 25 m/s-dək güclənib - FAKTİKİ HAVA

Bakıda və Abşeronda külək 25 m/s-dək güclənib - FAKTİKİ HAVA
# 20 may 2022 10:54 (UTC +04:00)

Qara dəniz üzərində formalaşan siklonun ölkə ərazisinə daxil olması nəticəsində mayın 19-u axşam qərb rayonlarından başlayaraq hava şəraiti dəyişmiş, küləkli, yağıntılı olub.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, intensiv yağıntılar Böyük Qafqazın bəzi yerlərində 15-21 mm-dək qeydə alınıb. Şimal-qərb küləyi bəzi bölgələrdə 25-30 m/s, Bakıda və Abşeron yarımadasında isə 25 m/s-dək güclənib.

Bu gün ərzində küləyin davam edəcəyi, maksimal sürəti 15-20 m/s, arabir 25-30 m/s olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq.

Küləkli və yağıntılı hava şəraiti mayın 21-i səhər saatlarınadək davam edəcək. Mayın 21-i gündüz, 22-də Bakıda və Abşeron yarımadasında, bölgələrdə havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR