Bakıda və Abşeronda külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeronda külək güclənəcək - XƏBƏRDARLIQ
# 24 iyun 2022 17:36 (UTC +04:00)

Bakıda və Abşeron yarımadasında iyunun 26-sı axşamdan iyunun 30-dək şimal-qərb küləyi arabir 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-28 m/s olacaq.

Bu barədə APA-ya Milli Hidrometetorologiya Xidmətindən xəbər verilib.

İyunun 29-dək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir.

Qərb küləyi arabir 15-20 m/s, iyunun 26-sı axşamdan iyunun 30-dək ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR