Bakıda və bölgələrdə yağışlı hava gözlənilir - VİDEO

Bakıda və bölgələrdə yağışlı hava gözlənilir - VİDEO
# 15 sentyabr 2022 12:07 (UTC +04:00)

Sentyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Mərkəzindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq, lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-21° isti, gündüz 24-27° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR