Bayram günündə Şuşa və Laçında gözlənilən hava şəraiti açıqlanıb

Bayram günündə Şuşa və Laçında gözlənilən hava şəraiti açıqlanıb
# 30 dekabr 2022 13:33 (UTC +04:00)

Şuşa, Kəlbəcər, Laçında hava şəraiti dekabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 3° şaxtdan 2°-dək isti, axşam 3° şaxta olacaq.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, dekabrın 31-də hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 1° şaxtdan 3°-dək isti olacaq.

Yanvarın 1-də hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 1° şaxtdan 4°-dək isti olacaq.

Yanvarın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtdan 3°-dək isti olacaq.

Yanvarın 3-də hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtdan 3°-dək isti olacaq.

Yanvarın 4-də hava şəraitinin yağmursuz keçəcəyi, gecə və səhər duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtdan 3°-dək isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR