Bazar gününün hava proqnozu açıqlanıb

Bazar gününün hava proqnozu açıqlanıb
# 11 iyun 2022 12:09 (UTC +04:00)

İyunun 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-29° ist, Bakıda gecə 19-21° isti, gündüz 27-29° isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütununda 755 mm civə sütununa enəcək.

Nisbi rütubət 50-60 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR