Bazar gününün hava proqnozu - VİDEO

Bazar gününün hava proqnozu - VİDEO
# 04 iyun 2022 12:24 (UTC +04:00)

İyunun 5-də gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-in Milli Hidrometeorologiya Xidmətindən APA-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yagmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 31-36° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR