Bir neçə rayona leysan yağıb – FAKTİKİ HAVA

Bir neçə rayona leysan yağıb – FAKTİKİ HAVA
# 01 iyun 2023 21:37 (UTC +04:00)

Faktiki hava açıqlanıb.

APA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin iyunun 1-i saat 21:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Göygöl, Gədəbəy, Gəncə, İsmayıllı, Xınalıq, Qusar, Qəbələ, Oğuz, Şəki, Quba, Xaltan, Qrız, Şahdağ, Neftçala, Yardımlıda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Oğuz rayonunun Filfilli kəndinə saat 19:30-19:50 radələrində, Qəbələ rayonunun Bulud kəndinə isə saat 19:30-20:20 radələrində diametri 25-30 mm olan dolu düşüb.

Cənub-qərb küləyi arabir Ağdamda 20 m/s, Daşkəsən, İsmayıllıda 18 m/s-dək güclənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR