Bu ay hava çoxillik iqlim normasına yaxın olub

Bu ay hava çoxillik iqlim normasına yaxın olub
# 11 may 2022 18:05 (UTC +04:00)

Respublikanın əksər bölgələrində may ayının birinci ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasına yaxın, bəzi yerlərdə 1ºC yüksək və yağıntılı hava şəraiti ilə səciyyələnib.

Milli Hidrometeorologiya Xidmətindən APA -ya verilən xəbərə görə, havanın dekadalıq orta temperaturu Maştağada 14,5ºC, Mərkəzi Aran, Mil-Muğan və Qarabağ bölgələrində 16-17⁰C, Lənkəran-Astara bölgəsində 12-17ºC, Qubada 12ºC, Şəki-Zaqatalada 15-16⁰C, Dağlıq Şirvan bölgəsində 12-13ºC, Gəncə-Daşkəsəndə və Naxçıvanda 16ºC, Qazax-Tovuzda 9-15⁰C təşkil edib.

Havanın minimum temperaturu Qazax və Gədəbəydə 3ºC, Qubada 6ºC, Dağlıq Şirvanda 7-8ºC, Ceyrançöl və Naxçıvanda 8ºC, Tovuz, Şəki, Zaqatalada 9ºC, Maştağa, Gəncə, Lənkəran və Göyçayda 10ºC, Cəfərxan, Zərdab və Bərdədə 11ºC, Astarada 13ºC qeydə alınıb.

Nisbi rütubət Dağlıq Şirvanda 72-84%, Gəncə-Daşkəsəndə 69%, Qazax-Tovuz bölgəsində 54-86%, Naxçıvanda 68%, Maştağada 76%, Lənkəran-Astara bölgəsində 75-87%, Mil-Muğanda 63-75%, Şəki-Zaqatalada 77-83%, Qubada 74%, Mərkəzi Aran və Qarabağda 70% təşkil edib. Rütubət çatışmazlığı Lənkəran-Astara bölgəsində 2-6 hPa, Şəki-Zaqatalada 3-4hPa, Dağlıq Şirvanda 3-5 hPa, Gəncə, Mərkəzi Aran, Naxçıvan və Qarabağ bölgəsində 6-7 hPa, Mil-Muğanda 6-8 hPa, 6-7 hPa, Maştağa və Qubada 4 hPa, Qazax-Tovuzda 2-8 hPa olub.

Rütubət çatışmazlığı Lənkəran-Astara bölgəsində 2-6 hPa, Şəki-Zaqatalada 3-4hPa, Dağlıq Şirvanda 3-5 hPa, Gəncə, Mərkəzi Aran, Naxçıvan və Qarabağ bölgəsində 6-7 hPa, Mil-Muğanda 6-8 hPa, 6-7 hPa, Maştağa və Qubada 4 hPa, Qazax-Tovuzda 2-8 hPa olub. Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 4 gün, küləyin maksimum sürəti Maştağada 33 m/san, 9 gün Goranboyda 26 m/san, 2 gün Gəncədə 20 m/san, Tərtərdə 18 m/san, Sabirabadda 17 m/san, 1 gün Tovuzda 24 m/san,Biləsuvarda 18 m/san, Bərdədə 16 m/san müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR