Dumanlı hava şəraiti müşahidə olunur

Dumanlı hava şəraiti müşahidə olunur
# 30 mart 2023 11:02 (UTC +04:00)

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Xəzər dənizi üzərində formalaşan duman cənub-şərq küləkləri vasitəsilə quruya doğru hərəkət etmişdir. Gündüz saatlarında havanın temperaturunun yüksək olması, gecə isə temperaturun aşağı enməsi (inversiya) nəticəsində yerə yaxın təbəqədə dumanın əmələ gəlməsinə səbəb olub.

Şabran, Cəfərxan, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunub, dumanda görünüş məsafəsi 300-500 metrədək məhdudlaşıb.

Dumanlı hava şəraiti martın 30-u gündüzədək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR