ETSN: Gələn həftə havanın temperaturu yüksələrək iqlim normasına yaxınlaşacaq

ETSN: Gələn həftə havanın temperaturu yüksələrək iqlim normasına yaxınlaşacaq
# 14 yanvar 2023 16:17 (UTC +04:00)

Gələn həftə ərzində ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, əsasən yağmursuz hava şəraitinin üstünlüyü, lakin bəzi şərq rayonlarında və Abşeron yarımadasında səhər saatlarında duman, çiskinli olacağı gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələrək iqlim normasına yaxınlaşacaq. Gündüz saatlarında Bakıda və Abşeron yarımadasında 5-7° isti, dağlıq rayonlarda 0-5° şaxta, aran rayonlarında 5-8°isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR