Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb
# 14 yanvar 2023 16:10 (UTC +04:00)

Yanvarın 14-nə olan faktiki hava açıqlanıb.

APA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 14-də arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Qar örtüyünün hündürlüyü Lerikdə 24 sm, Qobustanda 18 sm, Altıağacda 17 sm, Qaxda 11 sm, Yardımlıda 10 sm, Qusar, Zaqatalada 9 sm, Xaltanda 8 sm, Göytəpə, Daşkəsəndə 7 sm, Göygöldə 6 sm, Şəki, Qəbələdə 4 sm olub.

Külək cənub-şərq küləyi Xaçmazda 18 m/s, Şabranda 16 m/s-dək güclənib.

Duman Çilov adası, Daşkəsən, Göygöl, Şəmkir, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Quba, Göyçay, Hacıqabul, Lerikdə müşahidə olunub, dumanda görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın temperaturu yanvarın 13-də Bakıda iqlim normasından 1.0°-dək aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-5° isti, Naxçıvan MR-da 6-13° şaxta, dağlıq rayonlarda 8-11° şaxta, aran rayonlarında 2°-dək şaxta olub.

Gələn həftə ərzində ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi gözlənilir. Əsasən yağmursuz hava şəraitinin üstünlüyü, lakin bəzi şərq rayonlarında və Abşeron yarımadasında səhər saatlarında duman, çiskinli olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələrək iqlim normasına yaxınlaşacaq. Gündüz saatlarında Bakıda və Abşeron yarımadasında 5-7° isti, dağlıq rayonlarda 0-5° şaxta, aran rayonlarında 5-8°isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR