Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb
# 01 iyun 2023 18:54 (UTC +04:00)

İyunun 1-i saat 18:00-a olan məlumata əsasən, Naxçıvan, Ordubad, Daşkəsən, Göygöl, Gədəbəy, Füzuli, Laçın, Ağdam, Zəngilan, Şəki, Quba, Lerik, Yardımlı, Lənkəran, Oğuz, Astarada şimşək çaxıb, arabir leysan xaraketrli yağış yağıb.

Bu barədə APA-ya Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, Daşkəsən rayonu ərazisinə saat 16:35 radələrində diametri 9 mm, Zəngilan rayonun dağlıq ərazilərinə diametri 5-6 mm, saat 17:35 adələrində Oğuz rayonun Başdaşağıl kəndinə leysan yağışla birlikdə diamteri 25-30 mm, Laçın rayonun Qorçu kəndinə dolu düşüb: Şərq küləyi Salyanda arabir 20m/san-dək güclənib".

O vurğulayıb ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23-25° isti, Naxçıvanda 24-27° isti, dağlıq rayonlarda 16-19° isti, aran rayonlarında 27-32° isti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR