Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb
# 02 iyun 2023 13:26 (UTC +04:00)

Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 13:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.

Xidmətdən APA-ya verilən xəbərə görə, cənub-şərq küləyi əsir.

Havanın temperaturu aran rayonlarında 23-27° isti, dağlıq rayonlarda 17-19° isti qeydə alınıb.

Respublikanın bəzi çaylarında sululuq artıb. Bərgüşadçayda 28 sm, Kür çayının Qıraqkəsəmən məntəqəsində 10 sm, Kür-Zərdabda 8 sm, Kür-Surrada 3 sm, Gəncəçay-Alaxançallıda 3 sm, Qabırrı-Kəsəmən, Əyriçay-Ağyazı, Katexçay-Qəbizdərə və Bəsitçay-Rəzdərədə 1 sm artım olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR