Faktiki hava açıqlanıb - YENİLƏNİB

Faktiki hava açıqlanıb  - YENİLƏNİB
# 01 iyun 2023 14:33 (UTC +04:00)

İyunun 1-i saat 14:00-a olan məlumata əsasən hava sabit, əsasən yağmursuz keçir. Zəif şərq küləyi əsir.

Bunu APA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, mayın 31-də axşam saatlarında güclü şimal-qərb küləyinin əsdiyi Göyçay rayonunda hazırda hava sabit, yağmursuzdur. Havanın temperaturu 24-26 dərəcədir:

“Qəbələ, İsmayıllı, Şamaxı, Şəki, Zaqatala rayonlarında leysan xarakterli yağışlar yağsa da, hazırda hava sabit, əsasən yağmursuzdur. Havanın temperature 22-24 dərəcədir. Bu gün günün ikinci yarısından başlayaraq yağışlı hava şəraitinin davam edəcəyi gözlənilir. Əsasən Qazax-Gəncə, Balakən-Şəki, Lənkəran-Astara zonasında yağıntıların leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi bəzi bölgələrdə arabir güclənəcək. Havanın temperaturu günorta saatlarında 25-27, dağlıq ərazilərdə isə 13-18 dərəcə olacaq. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur, bəzi çaylardan sel keçəcəyi istisna olunmur”.

***

13:30

İyunun 1-i saat 12:00-a olan məlumata görə, hava şəraiti sabit, əsasən yağmursuzdur.

Bunu APA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, zəif şərq küləyi əsir:

“Mayın 31-də Göyçay rayonunda axşam saatlarında güclü külək əsməsi müşahidə olunsa da, hazırda zəif şərq küləyi əsir. Havanın temperature 24-26 dərəcə istidir. Qəbələ, Şamaxı, Şəki, Zaqatala rayonlarında da dünən axşam saatlarında intensive yağışlar müşahidə olunub. Lakin bu gün saat 12:00 məlumatına əsasən, hava yağmursuzdur. Havanın temperaturu 22-23 dərəcə istidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR