Güclü külək əsəcək

Güclü külək əsəcək
# 27 mart 2023 16:01 (UTC +04:00)

Bakıda və Abşeron yarımadasında martın 28-də gecə və səhər şimal-qərb küləyinin, 29-u günün birinci yarısında isə cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, martın 28-i gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında martın 27-si gündüzdən 28-i səhərədək və 29-u gün ərzində əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR