Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
# 11 aprel 2022 16:53 (UTC +04:00)

Bakıda və Abşeron yarımadasında aprelin 12-si axşamdan 13-ü axşamadək şimal-qərb küləyinin 15-20 m/s, 13-ü gecə və səhər yarımadanın bəzi yerlərində arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycanın rayonlarında aprelin 12-si səhərdən 14-dək əsasən şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 20-25 m/s, 12-də ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.

Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR