Hava pisləşəcək, bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ

Hava pisləşəcək, bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ
# 25 yanvar 2022 13:48 (UTC +04:00)

Azərbaycan hava şəraiti pisləşəcək.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 27-si gündüzdən 28-i səhədərək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. 27-28-də arabir yağıntılı olacağı, 27-si axşam, 28-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var.

Havanın temperaturu 2-6° isti olacaq.

Azərbaycanın rayonlarında isə yanvarın 27-də qərb rayonlarından başlayaraq 28-i axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, 27-də gündüz ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın minimal temperaturu mərkəzi aran rayonlarında 0-5° şaxta, dağlarda 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 18°-dək şaxta olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR