Havada toz dumanı həftə sonunadək davam edəcək

Havada toz dumanı həftə sonunadək davam edəcək
# 19 iyul 2022 10:48 (UTC +04:00)

Bakıda və Abşeron yarımadasında son günlər şimal-qərb küləyinin arabir güclənməsi nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətrafa yayılması müşahidə edilir.

APA xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, havada müşahidə olunan toz dumanı lokal xarakterlidir.

Gülşad Məmmədovanın sözlərinə görə iyulun 19-u səhər saatlarında avtomatik stansiyalardan əldə olunmuş məlumatlara əsasən havada dispers toz hissəcikləri Bakı şəhərinin Xətai rayonunda normadan 1.4, Nizami rayonunda 1.5, Səbail rayonunda isə 1.2 dəfə yüksəkdir:

“Güclü şimal-qərb küləyindən və meteoroloji şəraitdən asılı olaraq tozlu havanın həftənin sonuna kimi davam edəcəyi proqnozlaşdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR