Havanın temperaturu yüksəlir - VİDEO

Havanın temperaturu yüksəlir - VİDEO
# 12 sentyabr 2022 12:32 (UTC +04:00)

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Mərkəzindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz olacaq, mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-28° isti, Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-9° isti, gündüz 12-17° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR