İstirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb

İstirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb
# 28 dekabr 2022 16:41 (UTC +04:00)

Qış istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, 2022-ci il 31 dekabr, 2023-cü il 01-02-03 yanvar

Şahdağda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman. Qərb küləyi 5-10 m/s. Havanın temperaturu gecə 5-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Qəbələ rayonunda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər zaatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-8° isti olacaq.

Quba, Qusar rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq.

Balakən, Şəki, Zaqatala rayonunlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər zaatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3°-dək isti, gündüz 7-10° isti olacaq.

Göygöl rayonunda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər zaatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-2° isti, gündüz 3-6° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR