Külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ - VİDEO

Külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ  - VİDEO
# 23 may 2022 15:29 (UTC +04:00)

Bakıda və Abşeron yarımadasında mayın 23-ü axşam, 24-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycanın rayonlarında mayın 23-ü axşam şimal və qərb rayonlarından başlayaraq 26-sı səhərədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir.

Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR