Küləkli hava davam edəcək - VİDEO

Küləkli hava davam edəcək - VİDEO
# 29 iyun 2022 12:20 (UTC +04:00)

İyunun 30-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-33° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın əksər rayonlarda əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 7-12° isti, gündüz 20-25° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR