Küləkli hava sabah axşamadək davam edəcək

Küləkli hava sabah axşamadək davam edəcək
# 31 mart 2023 12:55 (UTC +04:00)

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti aprelin 1-i axşamadək, yağıntılı hava şəraiti isə aprelin 2-si gündüzədək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR