Laçında temperatur 24 dərəcəyədək yüksəlib

Laçında temperatur 24 dərəcəyədək yüksəlib
# 28 fevral 2023 17:25 (UTC +04:00)

Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasından 6 dərəcə yüksəkdir.

APA-nın xəbərinə görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, temperaturun bu gedişi daha çox mart ayı üçün uyğundur:

“Hətta bu gün Laçında havanın temperaturu 24, Füzulidə 16, Abşeronda 17 dərəcəyədək yüksəlib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR