Qazax-Gəncə, Balakən-Şəki, Quba-Xaçmaza leysan yağışları yağacaq, dolu düşəcək

Qazax-Gəncə, Balakən-Şəki, Quba-Xaçmaza leysan yağışları yağacaq, dolu düşəcək
# 01 iyun 2023 13:38 (UTC +04:00)

Bu gün günün birinci yarısında ölkə ərazisində havanın sabit, əsasən yağmursuz keçməsi müşahidə olunsa da, günorta saatlarında bəzi yerlərdə yağış yağacaq.

Bunu APA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, əsasən Qazax-Gəncə, Balakən-Şəki, Quba-Xaçmaz rayonlarında yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa sel keçəcəyi istisna olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR