Sabah bəzi yerlərdə 38 dərəcə isti olacaq - VİDEO

Sabah bəzi yerlərdə 38 dərəcə isti olacaq - VİDEO
# 21 iyun 2022 13:02 (UTC +04:00)

İyunun 22-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz saatlarından arabir güclənəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35°, bəzi yerlərdə 37° isti, Bakıda gecə 21-23° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 749 mm civə sütunundan 746 mm civə sütununa enəcək. Nisbi rütubət 40-50 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR